...

İkinci rübdə .az milli domen zonasında internet-resursların sayında 2,7 faiz artım olub

Telekommunikasiya Materials 9 İyul 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir H.Vəliyev/

az milli domenində 10 073 internet-resurs qeydiyyata alınıb. Bu barədə WHOIS resursu xəbər verir.

İkinci rübdə .az milli domenində qeydiyyata alınmış internet-resursların sayında artım 2,7 faiz təşkil edib.

Qeydiyyata alınmış saytların ümumi sayından 9 086 vahid birinci səviyyəli domendə qeydiyyata alınmış internet-resursların payına düşür. İkinci səviyyənin daha populyar domeni .com.az-dır, burada 535 sayt qeydiyyata alınıb. .gov.az dövlət domen zonasında qeydiyyata alınmış internet-resursların sayı isə 61 internet-resurs olmaqla dəyişməz qalıb.

Dünya statistikasına görə, dünyada aktiv domen adlarının ümumi sayı 120 729 089 vahid təşkil edir. Ən çox məskunlaşmış domen zonası .com-dur. Bu gün burada 88 373 960 internet-resurs aktivdir. İkinci yerdə .net domenidir ki, burada 13 180 506 aktiv ad var. Üçüncü yeri .org domeni tutur. Burada 8 553 117 sayt var.

az milli zonası rəsmən 1993-cü il avqustun 25-dən fəaliyyət göstərməyə başlayıb. Postsovet ölkələri məkanında Ukrayna özünün .ua (1992-ci il) domeninə malik yeganə ölkə olub. 1994-cü il aprelin 7-də .ru zonası qeydiyyata alınıb, elə həmin il SSRİ-nin keçmiş respublikalarına məxsus bir çox ünvan zonaları qeydiyyata alınıb.

az domeninin qeydiyyat qiyməti 20 manatdır, domenə texniki dəstək üçün illik dəyər də elə bu qiymətə başa gəlir.

Xəbər lenti

Xəbər lenti