...

Azərbaycanın poçt operatoru Zaqatala filialını korporativ-informasiya sisteminə qoşacaq

Telekommunikasiya Materials 22 İyul 2010 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Zaqatala rayon poçt filialının korporativ-informasiya sisteminə qoşulması üzrə işlər aparır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Filialın tabeliyində poçt rabitəsinin 30 şöbəsi var. Operator tərəfindən filialın texniki təchizatı, əhaliyə maliyyə xidməti göstərilməsinin davam etdirilməsi məqsədilə "Colvir bank" sisteminin tətbiq edilməsi üzrə işlər görülür. Sistem operatorun uzaqda yerləşən şöbələrinin işini mərkəzləşdirilmiş məlumatlar bazasında təmin edir. Bu, analitik hesabatları operativ şəkildə almağa imkan verir, eləcə də istənilən bank və poçt xidməti təqdim edir ki, bu da poçtu müştərilər üçün daha cəlbedici edir.

"Azərpoçt" Azərbaycan Mərkəzi Bankı tərəfindən apreldə əhaliyə maliyyə xidmətləri göstərilməsi üçün verilən lisenziya əsasında bütün hüquqlara malikdir. Hazırda operatora mövcud yeddi maliyyə xidmətindən beşi üzrə xidmət göstərməyə icazə verilib. Buraya hesabların açılması və tənzimlənməsi, pul köçürmələrinin həyata keçirilməsi, debit kartların emissiyası, müştərinin sifarişi əsasında valyutanın alış-satışı üzrə əməliyyatlar, nağd və digər qiymətli vəsaitlərin inkassasiya edilməsi daxildir.

"Azərpoçt" artıq əhaliyə maliyyə xidmətləri göstərməyə başlayıb və hazırda bank xidmətləri birinci (Səbail) və beşinci (Qaradağ) poçt şöbələrinin filiallarında göstərilir. Operator Abşeron, Sumqayıt və "Azərpoçt"un bir neçə regional filiallarının maliyyə xidmətləri göstərməklə bağlı müraciətlərini nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti