...

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" "Media açarı" mükafatına dəstək verib

Telekommunikasiya Materials 23 İyul 2010 19:35 (UTC +04:00)
Azərbaycan Milli mətbuatının 135 illik yubileyi ilə bağlı "Azerfon" MMC-nin dəstəyi ilə "Heç olmaz ki, doğru söz yerdə qalsın" şüarı altında keçirilən "Media açarı - 2010" mükafatının təltif edilmə mərasimi olub.
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" "Media açarı" mükafatına dəstək verib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Milli mətbuatının 135 illik yubileyi ilə bağlı "Azerfon" MMC-nin dəstəyi ilə "Heç olmaz ki, doğru söz yerdə qalsın" şüarı altında keçirilən "Media açarı - 2010" mükafatının təltif edilmə mərasimi olub.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində yenilikləri peşəkarcasına işıqlandırdığına görə bir qrup jurnalist "Azerfon" tərəfindən xüsusi mükafatlarla təltif edilib.

Mükafatlandırma mərasimində çıxış edən "Azerfon"un Korporotiv Ünsiyyət Departamentinin rəhbəri Elşad Fərzəliyev jurnalistləri bir daha Milli mətbuat günü münasibətilə təbrik edib.

"Müasir dövrdə informasiyaya malik olmaq böyük əhəmiyyət kəsb edir. Məlumatların geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasında isə jurnalistlərin əvəzsiz rolu var. "Azerfon" şirkətinin təqdim etdiyi məhsul və xidmətlərə olan böyük marağa və mütəmadi olaraq onların işıqlandırılmasına görə jurnalistlərə çox minnətdarıq", - Fərzəliyev deyib.

"Azerfon" MMC-nin təltif etdiyi jurnalistlər Trend İnformasiya Agentliyindən Hüseyn Vəliyev, ANS telekanalından Rüfət Şabanov və "Xalq qəzeti"ndən Qabil Əliyev şirkət tərəfindən xüsusi hədiyyələr alıblar.

Xəbər lenti

Xəbər lenti