...

"Bakcell" Zaqatala və Lənkəranda yeni Bakcell IM açdı

Telekommunikasiya Materials 27 İyul 2010 17:49 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkəti Zaqatala və Lənkəran şəhərlərində müştəriləri üçün Bakcell IM yeni satış və xidmət mərkəzləri açıb.
"Bakcell" Zaqatala və Lənkəranda yeni Bakcell IM açdı

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkəti Zaqatala və Lənkəran şəhərlərində müştəriləri üçün Bakcell IM yeni satış və xidmət mərkəzləri açıb. Açılış mərasimində yerli ictimaiyyətin nümayəndələri, eləcə də yaxın rayonlardan dilerlər iştirak ediblər.

Yeni Bakcell IM mərkəzləri öz Cin, Klass və Gold-abunəçillərinə tam həcmdə xidmətlər təqdim edəcək.

Son bir ildə "Bakcell" xeyli genişlənib və öz şəbəkələrində irimiqyaslı modernləşdirmə aparıb. Nəticədə şəbəkələrin əhatə zonası iki dəfədən çox artaraq ölkənin bütün regionlarını əhatə edib. "Bakcell" eləcə də EDGE texnologiyaları əsasında yüksəksürətli internet də təklif edir. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyon nəfərə çatır.

Bakcell IM mərkəzləri, eləcə də Bakcell-in digər məhsul və xidmətləri haqqında "www.bakcell.com" saytından və ya 555 nömrəsinə zəng vurmaqla ətraflı öyrənə bilərsiniz.

Bakcell şirkəti və onun xidmətləri ilə tanış olmaq istəyən digər mobil operatorların abunəçiləri 055 000 05 nömrəsinə zəng edə və ya "www.bakcell.com" saytına daxil ola bilərlər.

Xəbər lenti

Xəbər lenti