...

"Elcell" və "HP Azerbaijan" şirkətləri birgə aksiyanın keçirildiyini elan ediblər

Telekommunikasiya Materials 11 Avqust 2010 14:32 (UTC +04:00)
"Elcell" və "HP Azerbaijan" (HP) şirkətləri yeni HP Mini 110-3050er eksklüziv netbukun satışını elan edir. Bu barədə "Elcell"in məlumatında deyilir.
"Elcell" və "HP Azerbaijan" şirkətləri birgə aksiyanın keçirildiyini elan ediblər

Azərbaycan, Bakı, 11 avqust /Trend/

"Elcell" və "HP Azerbaijan" (HP) şirkətləri yeni HP Mini 110-3050er eksklüziv netbukun satışını elan edir. Bu barədə "Elcell"in məlumatında deyilir.

Aksiya çərçivəsində alıcılar çox sərfəli qiymətə yeni müasir hp netbuk modelini USB simsiz elcell modemi ilə komplektdə və sürətli mobil İnternetə aylıq 1gb trafik şərti ilə 3 və ya 6 ay müddətinə pulsuz qoşulma ilə əldə edə bilərlər.

Bu netbuk modeli rahat və təhlükəsiz istifadə üçün geniş funksiyalarla təchiz olunub və "mobil ofis" konsepsiyası üçün ən səmərəli təklifdir. İstifadədə yüngül və sadə olan HP Mini, USB "elcell" modemi ilə birgə mobil istifadəçilərə olduqları məkandan asılı olmayaraq, İnternetə çıxışı, elektron poçtu və ofis proqramları ilə işləməni təmin edir.

Bu səmərəli təklifi "Elcell" müştəri xidməti ofislərində, "World Telecom" mağazalar şəbəkəsində və "Elcell"in diller şəbəkələrində əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti