...

Azərbaycanın kabel televiziyası operatoru verilişlərin 3D formatında sınaq rejimində yayımlanmasına başlayıb

Telekommunikasiya Materials 13 Avqust 2010 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Q.Vəliyev/

KATV1 kabel televiziyası operatoru verilişlərin üçölçülü (3D) formatında sınaq rejimində yayımlanmasına başlayıb. Bu barədə Trend-ə cümə günü şirkətdən bildiriblər.

Üçölçülü təsvirə həm analoq, həm də rəqəmsal yayım abonentləri baxa biləcəklər. Rəqəmsal yayım abonentləri üçün sınaq rejimində "KATV1 3D test" kanalı fəaliyyət göstərir, analoq yayım üçün "KATV1 Info" kanalı yeni 3D kanalı ilə əvəzlənib.

Üçölçülü təsvirə rəqəmsal formatda baxmaq üçün göstərilən parametrləri daxil etmək lazımdır: tezlik - 338.000 khz, modullaşdırma - 256 qam və sürət - 6875.

Verilişlərin yenidən yayımlanması sutka ərzində bir neçə saat həyata keçirilir.

3D formatının televiziya tamaşaçılarının sayının az olmasını nəzərə alaraq, müstəsna olaraq yalnız kino və animasiya filmləri yayımlanır.

Üçölçülü təsvirin texnologiyası təsviri iri həcmdə, onun adi dünyanı görə bildiyi kimi baxmağa imkan verir.

3D proqramlara baxmaq üçün artıq Bakı mağazalarında satılan xüsusi 3D eynəkləri lazımdır. Eynəklərin qiyməti bir neçə manatdan 170 manat arasında dəyişir.

Hazırda Azərbaycanda məişət texnikasının pərakəndə satış piştaxtalarında 40 və 46 dyümlük 3D televizorları almaq mümkündür. Belə televizorların qiyməti, orta hesabla, iki min manat arasındadır.

Xəbər lenti

Xəbər lenti