...

Nar Mobile ilə səsiniz hər yerdə eşidiləcək

Telekommunikasiya Materials 3 Sentyabr 2010 14:50 (UTC +04:00)
2010-cu il sentyabrın 1-dən etibarən Nar Mobile şirkəti "Nar Mobile-la Səsiniz Hər Yerdə Eşidilsin!" kampaniyasına start verib. Bu barədə şirkətin məlumatında deyilir.
Nar Mobile ilə səsiniz hər yerdə eşidiləcək

Аzərbaycan, Bakı, 3 sentyabr /Trend/

2010-cu il sentyabrın 1-dən etibarən Nar Mobile şirkəti "Nar Mobile-la Səsiniz Hər Yerdə Eşidilsin!" kampaniyasına start verib. Bu barədə şirkətin məlumatında deyilir. Kampaniyanın məqsədi Nar Mobile-ın yüksək keyfiyyətli şəbəkəyə, Azərbaycanın ərazisinin 80 faizinə çatan əhatə dairəsinə malik olması və etibarlı rabitə xidmətləri göstərməsini əhaliyə çatdırmaqdır.

2009-2010-cu illər ərzində Nar Mobile mobil operatoru Azərbaycan üzrə əhatə zonasını əhəmiyyətli dərəcədə artırıb.

"Azərbaycanın hətta ucqar güşələrində Nar Mobile şəbəkəsinin yüksək keyfiyyətli fəaliyyəti şirkətimizin böyük uğurudur. Əhatə dairəsinin genişlənməsinə yönəlmiş bütün işlərin tam həcmdə reallaşdırılması nəticəsində Nar Mobile Azərbaycanın bütün hissələrində fasiləsiz rabitə imkanı yaradır", - "Azerfon" İdarə Heyətinin sədri Cüneyt Türktan deyib.

Şəbəkənin səmərəli optimallaşdırılması sayəsində 2010-cu ilin yayında Nar Mobile selə məruz qalmış rayonları fasiləsiz rabitə ilə təmin edib. Kür-Araz ovalığı zonasında Nar Mobile-ın operativ səyyar texniki briqadalarının birgə səyləri ilə baza stansiyaların fasiləsiz fəaliyyətinə nail olunub. Görülən tədbirlər seldən zərər çəkən abunəçilərə qohumları və yaxınları ilə daim ünsiyyətdə olmaq, FHN (Fövqəladə Hallar Nazirliyinin) xilasetmə xidmətinə isə işini effektiv tərzdə əlaqələndirmək və dəyişən vəziyyətə operativ cavab vermək imkanını verib.

ONS şirkətinin Azərbaycanın mobil rabitə bazarında apardığı araşdırmaların nəticələrinə əsasən, Nar Mobile səs və şəbəkə keyfiyyətinə görə birinci yeri tutub.

24-28 avqust tarixlərində Nar Mobile və Azərbaycan Hava və Ekstremal İdamn Növləri Federasiyası tərəfindən Azərbaycanın ən yüksək, dəniz səviyyəsindən 4466 m hündürlüyündə yerləşən Bazardüzü zirvəsinə yürüş keçirilib. Quraşdırılmış stansiyaların sayəsində Nar Mobile-ın əhatə dairəsi alpinistlərin yaxınları ilə daim ünsiyyətdə olmasını təmin edib.

Zəngin mədəni irsi müasirliklə birləşdirərək özündə təzahür etdirən Nar Mobile mobil operatoru 2007-ci ildə fəaliyyətə başlayıb. Bu günə Nar Mobile şəbəkəsindən 1 500 000 qədər abunəçi istifadə edir və bu rəqəm günbəgün artır.

Xəbər lenti

Xəbər lenti