...

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə nümayəndələri Azərbaycanda İKT sahəsində həyata keçirilən işlərlə tanış olublar

Telekommunikasiya Materials 22 Sentyabr 2010 20:01 (UTC +04:00)
Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndələri Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən işlərlə tanış olublar.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə nümayəndələri Azərbaycanda İKT sahəsində həyata keçirilən işlərlə tanış olublar

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir H.Vəliyev/

Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndələri Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən işlərlə tanış olublar. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun məlumatında deyilir.

Çərşənbə günü İnformasiya Texnologiyaları İnstitutunda keçirilən görüşdə DB nümayəndələri müasir dövrdə geniş inkişaf perspektivlərinə malik olan distant təhsilin respublikada tətbiqi vəziyyəti, bu sahədə görülən işlərlə, eləcə də bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin səviyyəsi ilə tanış olublar.

İnstitut direktoru Rasim Əliquliyev distant təhsil sisteminin tətbiqi zamanı yaranan problemlər haqqında danışaraq, distant təhsil texnologiyalarının tətbiqinə imkan verən proqram kompleksləri və tədris kontentinin, multimedia tədris vəsaitləri, elektron dərsliklərin hazırlanması, kompüter testləşməsi əsasında tələbələrin biliklərinin qiymətləndirilməsinə imkan verəcək "Təhsilin keyfiyyətinin monitorinqi sistemi"nin yaradılmasının vacibliyini vurğulayıb.

Əliquliyevin sözlərinə görə, bu sahədə böyük təcrübəyə malik ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulması, bilik və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin hazırlanması, ali təhsil müəssisələrində elmi-pedaqoji kadr hazırlığı işlərinin aparılması və s. kimi məsələlərin təşkilinin zəruriliyinə ehtiyac var.

Görüşdə DB nümayəndələri Azərbaycanda həyata keçirilən İKT siyasəti çərçivəsində biometrik eyniləşdirmə sisteminin yaradılması, bu sahədə hüquqi, təşkilati, elmi-nəzəri və texniki məsələlərin həlli, e-kommersiya, e-imza, e-təhsil və görülən işlərlə də tanış olublar.

Xəbər lenti

Xəbər lenti