...

"Azerfon-Vodafone" "Facebook" istifadəçiləri arasında müsabiqə elan edib

Telekommunikasiya Materials 1 Oktyabr 2010 20:11 (UTC +04:00)
Müsabiqənin qalibi olmaq üçün "Azerfon-Vodafone"un "facebook" səhifəsinə daxil olub, şirkətin yeni təqdim etdiyi 3G müşahidə kamerası üçün şüar təklif etmək kifayətdir.
"Azerfon-Vodafone" "Facebook" istifadəçiləri arasında müsabiqə elan edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Müsabiqənin qalibi olmaq üçün "Azerfon-Vodafone"un "facebook" səhifəsinə daxil olub, şirkətin yeni təqdim etdiyi 3G müşahidə kamerası üçün şüar təklif etmək kifayətdir.

Müsabiqənin qalibi 3G Müşahidə Kamerası üçün ən yaxşı şüarın müəllifi olan istifadəçi olacaq. "Facebook" sosial şəbəkəsində keçirilən müsabiqənin qalibinə "Azerfon-Vodafone"un ən yeni məhsulu olan 3G müşahidə kamerası hədiyyə olunacaq.

Şirkət və "Azerfon-Vodafone" səhifəsinin üzvləri tərəfindən ən çox bəyənilən şüar müsabiqənin qalibi seçiləcək. Bir üzv tərəfindən təqdim edilə biləcək şüarların sayına məhdudiyyət qoyulmur. Müsabiqə 22.09.10 tarixindən 15.10.10 tarixinə qədər keçirilir.

"Azerfon-Vodafone" 3G müşahidə kameralarını Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edib. 3G kameraları vasitəsilə məsafədən asılı olmayaraq mobil telefonun düymələrindən istifadə edərək, kameranın quraşdırıldığı məkanı müşahidə etmək, müşahidə istiqamətini dəyişmək, eləcə də səs ötürülməsini həyata keçirmək mümkündür.

3G müşahidə kamerasını əldə etmək üçün "Azerfon-Vodafone" mərkəzlərinə müraciət etmək kifayətdir. Kameranın texniki göstəriciləri və digər əlavə məlumatı /www.azerfon-vodafone.az/ saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti