...

İlin sonuna qədər Azərbaycanda bütün analoq ATS-lər elektrona dəyişiləcək – rabitə nazirinin müavini

Telekommunikasiya Materials 9 Oktyabr 2010 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir H.Vəliyev/

İlin sonuna qədər Azərbaycanın dövlət rabitə operatorları "Aztelekom" İstehsalat Birliyi və "Bakı telefon rabitəsi" - analoq ATS-lərin elektrona dəyişilməsi üzrə işləri başa çatdıracaq. Bu barədə şənbə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, layihəni həm paytaxtda, həm də regional səviyyədə gerçəkləşdirmək gözlənilir.

Bu ilin birinci yarımilinin yekunlarına görə, Azərbaycanda elektron ATS-lərin xüsusi çəkisi 92,1 faizə çatıb.

Bu göstərici paytaxtda 85,65 faiz, respublikanın digər regionları üzrə 95,3 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti