...

Azərbaycanın Milli Arxiv İdarəsi elektron arxiv sisteminin yaradılması üzrə tender elan edib

Telekommunikasiya Materials 26 Oktyabr 2010 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Milli Arxiv İdarəsi milli arxiv fondunun elektron arxiv sisteminin yaradılmasına dair tender elan edib. Bu barədə idarənin tender komissiyasının çərşənbə axşamı yayılan məlumatında deyilir.

Tenderdə iştirakın qiyməti 200 manatdır.

İştirakçıların tender təklifləri noyabrın 23-ü saat 18:00-dək qəbul ediləcək.

Tender proseduru noyabrın 24-də Milli Arxiv İdarəsinin inzibati binasında olacaq.

Tenderin şərtlərinə əsasən, qalib şirkət müqavilə imzalanan gündən etibarən 12 ay ərzində elektron arxiv sisteminin yaradılması ilə bağlı vəzifələri yerinə yetirməlidir.

Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi: 562-96-40

Xəbər lenti

Xəbər lenti