Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın kabel televiziyası operatoru "BBTV" genişzolaqlı internetin irəliləməsi strategiyasını hazırlayır. Bu barədə Trend-ə cümə günü şirkətin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov deyib.
Mahmudovun sözlərinə görə, xidmətin irəliləmə strategiyası dekabrın sonuna müəyyənləşməlidir.
"Biz xidmətdən korporativ səviyyədə və ya hamının istifadə edə biləcəyini dəqiqləşdirməliyik. Bu günə xidmət sınaqdan keçib və abonentə stabil 1 Mbit siqnalı çatdırmağa imkan verir. Genişzolaqlı internetin tariflərinə gəlincə, çox güman ki, bazarda təklif olunan standart tarif planlarından fərqlənməyəcək", - Mahmudov bildirib.