...

Azərbaycanın Nazirlər Kabineti "Azərkosmos" ASC-nin nizamnaməsini və strukturunu təsdiqləyib

Telekommunikasiya Materials 24 Dekabr 2010 13:45 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti səhmləri dövlətə məxsus olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsini və strukturunu təsdiqləyib.
Azərbaycanın Nazirlər Kabineti "Azərkosmos" ASC-nin nizamnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Nazirlər Kabineti səhmləri dövlətə məxsus olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsini və strukturunu təsdiqləyib. Bu barədə cümə günü Nazirlər Kabinetindən verilən məlumatda deyilir.

Nizamnaməyə görə, ASC-nin başlıca məqsədi Azərbaycan peykinin orbitə çıxarılması, onun idarə olunması və istismarı, eləcə də peyk rabitəsi xidmətlərinin (İnternet xidmətləri, televiziya və radio yayımı, fotoşəkillərin çəkilməsi, naviqasiya xidmətləri və s.) göstərilməsidir.

ASC-nin nizamnamə kapitalı hər bir səhmin nominal dəyəri 20 manat olmaqla 40 milyon manatdır.

ASC-nin icraçı heyəti üç nəfərdən (ASC sədri və iki müavin) ibarət olacaq. Sədr Prezident tərəfindən təyin olunur, müavinlərin təyin edilməsi hüququnu isə Rаbitə və İnformasiya Texnologiyaları Nazirliyi əldə edib.

Xəbər lenti

Xəbər lenti