...

Azərbaycanda avtomatlaşdırılmış sığorta nəzarəti sistemi tətbiq edilib

Telekommunikasiya Materials 13 Yanvar 2011 11:37 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində avtomatlaşdırılmış sığorta nəzarəti sistemi tətbiq etməyə başlayıb. Bu barədə cümə axşamı DSNX-nin məlumatında deyilir.
Azərbaycanda avtomatlaşdırılmış sığorta nəzarəti sistemi tətbiq edilib

Azərbaycan, Bakı, 12 yanvar / Trend, müxbir H.Vəliyev /

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində avtomatlaşdırılmış sığorta nəzarəti sistemi tətbiq etməyə başlayıb. Bu barədə cümə axşamı DSNX-nin məlumatında deyilir.

Avtomatlaşdırılmış sığorta nəzarəti sisteminin tətbiqi analiz prosedurunun keyfiyyət və şəffalığının artırılmasına və hesabatların verilməsinə imkan verəcək.

Yeni sistem sığortaçılara (təkrar sığortaçılara) kağızda verilən hesabatların elektron növə keçidindinin tam təmin olunmasına, hesabatlar verilən zaman səhvlərin aşkara çıxarılması və aradan qaldırılmasına, maliyyə sabitliyi və ödənişqabiliyyətliliklə bağlı təhlükələrin vaxtında aşkara çıxarılması və aradan qaldırılmasına imkan verir, eləcə də sığorta orqanları tərəfindən təqdim olunan hesabatların işlənməsi və təhlili prosesinin təkmilləşdirilməsinə yardım edir.

Xəbər lenti

Xəbər lenti