...

"Azərcell" güzəştli rouminq tarifləri üzrə kampaniya elan edib

Telekommunikasiya Materials 3 Fevral 2011 12:17 (UTC +04:00)
"Azercell Telekom" MMC rouminq qiymətlərində yeni kampaniya elan edir. Kampaniya çərçivəsində xarici ölkələrdə olan Fakturalı Xətt Abonentləri xüsusi güzəştli sabit tariflərdən yararlana bilərlər.
"Azərcell" güzəştli rouminq tarifləri üzrə kampaniya elan edib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

"Azercell Telekom" MMC rouminq qiymətlərində yeni kampaniya elan edir. Kampaniya çərçivəsində xarici ölkələrdə olan Fakturalı Xətt Abonentləri xüsusi güzəştli sabit tariflərdən yararlana bilərlər.

Fakturalı Xətt Abonentləri bir sıra xarici ölkələrdə olarkən müəyyən operatorların şəbəkəsinə qoşulmaqla həm yerli zənglər, həm Azərbaycana edilən zənglər, həm də SMS və GPRS xidmətləri üçün standart eyni qiymət (flat rate) ödəyəcəklər. Bu abonentlər rouminqdə olarkən yerli zənglərin 1 dəqiqəsi üçün 24 qəpik, Azərbaycana edilən zənglərin hər dəqiqəsi üçün 70 qəpik, 1 SMS üçün 9 qəpik və 1 Mb GPRS trafikinə görə 2,09 AZN ödəyəcəklər.

Kampaniya "TeliaSonera" qrupuna aid olan 12 mobil operatoru əhatə edir. Bura Estoniya (AS Emt), Latviya (LMT Latvia), Moldova (MoldCell), Litva (Omnitel Lithuania), İspaniya (Voigo), Finlandiya (Sonera Corporation Finland), Norveç (Netcom Norway), İsveç (Telia Mobile AB Sweden), Danimarka (Telia Denmark), Qazaxıstan (Kcell), Tacikistan (Tcell) və Özbəkistan (Ucell) daxildir.

Gürcüstan üçün bu tariflər kampaniya qiymətlərindən də aşağıdır. Hazırda Gürcüstanda olan "Azercell" abonentləri "Geocell" operatorunun xidmətlərindən istifadə etməklə Azərbaycana edilən zənglərin hər 1 dəqiqəsinə görə 47 qəpik, hər 1 SMS-ə görə 8 qəpik, 1 Mb GPRS üçün isə 1,89 AZN ödəyirlər.

Yanvarın 29-dan başlayan rouminqdə güzəşt kampaniyası 3 ay davam edəcək.

Xəbər lenti

Xəbər lenti