...

Azərbaycan kosmosdan dinc istifadə üzrə məsələlərin müzakirəsində iştirak edir

Telekommunikasiya Materials 10 Fevral 2011 16:01 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Vyanada keçirilən BMT-nin Kosmik məkandan dinc məqsədlərlə istifadə üzrə elmi-texniki Alt Komitəsinin 48-ci sessiyasında iştirak edir.
Azərbaycan kosmosdan dinc istifadə üzrə məsələlərin müzakirəsində iştirak edir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Vyanada keçirilən BMT-nin Kosmik məkandan dinc məqsədlərlə istifadə üzrə elmi-texniki Alt Komitəsinin 48-ci sessiyasında iştirak edir.

Sessiyanın işi fevralın 18-dək davam edəcək.

Trend-in məlumatına görə, sessiyanın işində müşahidəçi qismində iştirak edən Azərbaycan nümayəndə heyətinə nazirliyin Dövlət müəssisələrinin fəaliyyətinin koordinasiyası şöbəsinin müdiri Mirheydər İsmayılov rəhbərlik edir.

Sessiyanın gündəliyinə kosmik tədqiqatlar və texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq, kosmik texnologiyaların planetin iqlim problemlərinin həllində rolu, kosmik sistemlərdən fövqəladə halların xəbər verilməsi məsələləri daxildir.

BMT-nin məlumatına görə, gündəliyin bəzi məsələləri Yerlə kosmik zibillərin və obyektlərin yaxınlaşması, enerji nüvə mənbələrindən kosmik fəzada istifadə, qlobal naviqasiya sistemi ilə bağlı son tendensiyalara aid olacaq.

İstisna edilmir ki, sessiya nümayəndələri Yerlə Apofis asteroidinin toqquşması imkanını qiymətləndirəcəklər. Apofis 2004-cü ildə Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli İdarəsi (NASA) əməkdaşları tərəfindən kəşf edilib.

Xəbər lenti

Xəbər lenti