...

Dövlət Radiotezliklər İdarəsi Azərbaycan regionlarında monitorinqlər keçirir

Telekommunikasiya Materials 15 Fevral 2011 16:36 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) respublika ərazisində monitorinq keçirir.
Dövlət Radiotezliklər İdarəsi Azərbaycan regionlarında monitorinqlər keçirir

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) respublika ərazisində monitorinq keçirir. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Nazirliyin mütəxəssisləri Hacıqabul və Şirvan şəhərlərində, eləcə də Salyan, Neftçala, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi və Füzuli rayonlarının ərazilərində monitorinqlər keçirirlər.

Monitorinqlər zamanı TV və FM kanalların yayım keyfiyyəti, televiziya stansiyalarında texniki vəziyyətin qiymətləndirilməsi yoxlanılır.

Xəbər lenti

Xəbər lenti