...

Azərbaycan Elmlər Akademiyası HP və IBM şirkətləri ilə "bulud hesblamaları" texnologiyasının həyata keçirilməsi barədə danışıqlar aparır

Telekommunikasiya Materials 25 Fevral 2011 13:08 (UTC +04:00)
İlin sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu "bulud hesablamaları" (Cloud computing) texnologiyasını cəlb edəcək. Bu barədə cümə axşamı Trend-ə institutun texniki təchizat şöbəsinin müdiri Rəşid Ələkbərov deyib.
Azərbaycan Elmlər Akademiyası HP və IBM şirkətləri ilə "bulud hesblamaları" texnologiyasının həyata keçirilməsi barədə danışıqlar aparır

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu "bulud hesablamaları" (Cloud computing) texnologiyasını cəlb edəcək. Bu barədə cümə axşamı Trend-ə institutun texniki təchizat şöbəsinin müdiri Rəşid Ələkbərov deyib.

Onun sözlərinə görə, indi DATA-mərkəzin binası tikilir. "Bulud hesablamaları" texnologiyalarından ilkin olaraq Elmlər Akademiyasının 35 elmi-tədqiqat institutunun 35-dən çox əməkdaşı, gələcəkdə isə respublikanın bütün alimləri və ali məktəbləri istifadə edə biləcək. "Cloud computing" texnologiyasının resurslarından istifadə edən istifadəçilər mürəkkəb tapşırıqları tezliklə həll edə biləcəklər. Buna adi fərdi kompüterlərin resursları ilə nail olmaq mümkün deyil.

"Layihənin həyata keçirilməsi üçün biz hazırda IBM və HP kimi dünya vendorları ilə danışıqlar aparırıq. Biz artıq onlara öz texniki tələblərimizi təqdim etmişik. Hesablamalarımıza görə, ilkin mərhələdə tərəfimizdən yaradılan DATA-mərkəzin məhsuldarlığı 1,5 teraflop, operativ yaddaşın həcmi 700 Qiqabayt, xarici massivin həcmi isə təxminən 20 terabayt təşkil edəcək. Bu, bizim ilkin hesablamalarımızdır və əlbəttə ki, gələcəkdə ehtiyac yaransa, mərkəzin resursları artırıla bilər", - Ələkbərov qeyd edib.

Son istifadəçilərə "bulud hesablamaları"nın xidmətlərindən uzaq məsafəli dinamik istifadənin təqdim edilməsi bilavasitə məlumatların ötürülmə sürəti 100 Mbit/saniyəni ötən "AzScienceNet" elmi kompüter şəbəkəsi vasitəsilə həyata keçiriləcək.

Ələkbərovun sözlərinə görə, istifadəçilər "Cloud computing" bazasında üç idarəetmə xidmətindən - SaaS (software -as -a -service), PaaS (Platform -as -a -service) və IaaS (Infrastructure -as -a -Service) - istifadə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti