...

"BakuTel 2011" 17-ci Azərbaycan Beynəlxalq Sərgi və Konfransı "NETTY 2011" müsabiqəsinə qoşulub

Telekommunikasiya Materials 15 Aprel 2011 12:05 (UTC +04:00)
"BakuTel 2011" 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı bu il də "NETTY 2011" Azərbaycan Milli İnternet Mükafatı müsabiqəsinə tərəfdaşlardan biri qismində qoşulub.
"BakuTel 2011" 17-ci Azərbaycan Beynəlxalq Sərgi və Konfransı "NETTY 2011"  müsabiqəsinə qoşulub

Azərbaycan, Bakı, 15 aprel /Trend/

"BakuTel 2011" 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı bu il də "NETTY 2011" Azərbaycan Milli İnternet Mükafatı müsabiqəsinə tərəfdaşlardan biri qismində qoşulub. Trend-in məlumatına görə, bu barədə cümə günü "Iteca Caspian LLC" şirkətinin məlumatında deyilir.

"Biz Azərbaycan Milli İnternet Mükafatını dəstəkləyən strukturlardan biri olmağımıza çox şadıq. "NETTY 2011" sağlam rəqabət mühiti yaratmaqla, yerli internet resurslarının say artımını stimullaşdırır. Biz bu mükafat uğrunda müsabiqənin bütün iştirakçılarına və əlbəttə ki, bu layihənin təşkilatçılarına uğurlar arzu edirik", - sərginin rəhbəri Rəna Abutalıbova bildirib.

"BakuTel 2011" sərgi və konfransı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə 23-26 noyabr tarixlərində, "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti