...

CATEL-in şəbəkəsində fasilələr texniki xarakter daşıyır - nazir müavini

Telekommunikasiya Materials 26 Aprel 2011 16:10 (UTC +04:00)
Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində fasilələr texniki xarakter daşıyır.
CATEL-in şəbəkəsində fasilələr texniki xarakter daşıyır - nazir müavini

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində fasilələr texniki xarakter daşıyır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, şirkət hazırda nasazlıqları aradan qaldırmaq və şəbəkədə işi əvvəlki rejimdə bərpa etmək üçün əlindən gələni edir.

Trend-ə şirkətdən dediklərinə görə, hazırda təşkilatın mütəxəssisləri nasazlıqların aradan qaldırılması ilə məşğuldurlar. Bununla belə, işlərin başa çatma müddətini deməkdə çətinlik çəkiblər.

Şirkətin distribüterlərinin sözlərinə görə, işlər ayın sonunadək davam edəcək və şəbəkə artıq mayın əvvəlindən etibarən əvvəlki rejimdə işləyəcək.

Aparatda yaranan qüsurların nasazlıqlara səbəb olduğu bildirilir.

Aprelin əvvəlində CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq CDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi - 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb.

Hazırda CATEL şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır, bunun təxminən 60 mini CDMA simsiz rabitə abonentləridir.

Xəbər lenti

Xəbər lenti