...

Azərbaycanda elektron rəqəmsal imzanın verilmə infrastrukturu yaxın vaxtlarda istismara veriləcək - nazir

Telekommunikasiya Materials 3 May 2011 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda elektron rəqəmsal imzanın verilmə infrastrukturu yaxın vaxtlarda istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Abbasovun sözlərinə görə, elektron rəqəmsal imzanın tətbiqi elektron xidmətlərin, xüsusilə də maliyyə, elektron kommersiya kimi sahələrdə inkişaf, eləcə də informasiya təhlükəsizliyi səviyyəsinin artırılması üçün stimul olacaq.

"Hazırda "Microsoft", "Ultra" və "Azerin"in həlləri ilə yanaşı, sınaq rejimdə "Sinam" şirkətinin həlləri də işə salınıb. O, tələbatın artmasından asılı olaraq elektron xidmətlərin sayını artırmağa imkan verəcək", - Abbasov qeyd edib.

Nazirin sözlərinə görə, hazırda rəqəmsal imza artıq respublikanın bir sıra nazirliklərində korporativ daxili səviyyədə tətbiq olunur. Rəqəmsal imzanın verilməsi mərkəzinin açılması onu qlobal miqyasda tətbiq etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti