Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/
Pul tarifi sisteminə keçid mobil rabitə tariflərinin iki dəfə azalmasına imkan verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, həm də abunəçilərin kontur sistemi zamanı bir qədər çətin olan mobil rabitə xərclərinə nəzarətin şəffaflığını artırıb.
Nazir müavininin sözlərinə görə, operatorların növbəti strategiyası qismində gələcəkdə tariflərin mərhələli şəkildə azaldılması və abunəçilər üçün müxtəlif aksiya və kampaniyaların keçirilməsini proqnozlaşdırmaq olar.
"Bütün bu məsələlər bundan sonra da nazirliyin diqqət mərkəzində olacaq", - Məmmədov deyib.
Aprelin sonu-mayın əvvəllərində Azərbaycandakı bütün mobil rabitə operatorları manat tarifinə keçiblər. Hazırda Azərbaycanda GSM standartı üzrə üç - Bakcell, Azercell və Azerfon - rabitə operatoru var.