...

Rabitə Nazirliyi bir sıra regional telekommunikasiya qovşaqlarında bərpa işlərini başa çatdırıb

Telekommunikasiya Materials 14 İyun 2011 14:16 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Daşkəsən Telekommunikasiya Qovşağında bərpa işlərini başa çatdırıb. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.
Rabitə Nazirliyi bir sıra regional telekommunikasiya qovşaqlarında bərpa işlərini başa çatdırıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Daşkəsən Telekommunikasiya Qovşağında bərpa işlərini başa çatdırıb. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

Daşkəsən rayonunun Xoşbulaq, Zaqalı və Qazaxyolçular kəndlərinin telekommunikasiya infrastukturuna ziyan leysanla müşayiət edilən və orta hesabla 50 telefon dirəyini yıxan dolu nəticəsində dəyib, bu isə 1 minə yaxın abonenti rabitəsiz qoyub.

Göstərilən kəndlərdə fəaliyyət göstərən poçt rabitəsi şöbələrinin işi də bərpa edilib.

Əmirovun sözlərinə görə, nazirlik tərəfindən Şəki və Zaqatala rayonlarının telekommunikasiya qovşaqlarında da bərpa işləri başa çatdırılıb. Orada telefon dirəkləri aşmış, telefon xəttləri zədələnmişdi.

Xəbər lenti

Xəbər lenti