...

Yaxın vaxtlarda LTE şəbəkəsi Azərbaycanda istismara veriləcək - "Nokia Siemens Networks" nümayəndəsi

Telekommunikasiya Materials 21 İyun 2011 11:39 (UTC +04:00)
Yaxın vaxtlarda LTE (Long Term Evolution) şəbəkəsi Azərbaycanın telekommunikasiya bazarında kommersiya istismarına veriləcək.
Yaxın vaxtlarda LTE şəbəkəsi Azərbaycanda istismara veriləcək - "Nokia Siemens Networks" nümayəndəsi

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

Yaxın vaxtlarda LTE (Long Term Evolution) şəbəkəsi Azərbaycanın telekommunikasiya bazarında kommersiya istismarına veriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda LTE üzrə ilk seminarda "Nokia Siemens Networks" şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistandakı regional nümayəndəliyinin rəhbəri Kristof Bek eyib.

Onun sözlərinə görə, mobil rabitə Azərbaycanda biznesin inkişafında güclü alətə çevrilir.

"Biz dördüncü nəsil texnologiyasına böyük ümidlər bəsləyirik. Güman edirik ki, Azərbaycan və Gürcüstan regionda LTE texnologiyasının işə salınacağı ilk ölkələr olacaq", - Bek bildirib.

Onun sözlərinə görə, yaxın illərdə LTE texnologiyasının sürətli artımı gözlənilir. Bekin bildirdiyinə görə, onun inkişafı 2010-cu ildə başlayıb. Bu gün dünyada kommersiya istismarında 21 şəbəkə var. Onlardan 10-u "Nokia Siemens Networks"ün həlləri bazasında qurulub. 2012-ci ilin sonuna isə artıq 81 şəbəkə kommersiya istismarına veriləcək.

"Nokia Siemens Networks" şikətinin nümayəndəsinin sözlərinə görə, son illər Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafına xeyli investisiya qoyulub.

Azərbaycanda İKT sektorunun inkişafının prioritetliyi bilavasitə dövlət rəhbəri tərəfindən bildirilib.

"Azərbaycanda çoxlu layihələr var. Onların arasında "elektron hökumət"in yaradılması, elektron imzanın tətbiqi kimi layihələri qeyd etmək olar. Onların həyata keçirilməsi üçün əlbəttə ki, müvafiq infrastukturun olması tələb olunur", - Bek əlavə edib.

Xəbər lenti

Xəbər lenti