...

SMS Notifications xidməti üzrə SMS-lər müvəqqəti olaraq "Azəricard"ın adından göndərilməyəcək

Telekommunikasiya Materials 25 İyun 2011 13:45 (UTC +04:00)
SMS Notifications xidməti üzrə qısa SMS-lər müvəqqəti olaraq "Azəricard" prosessinq mərkəzinin adından deyil, (077) 271-11-11 nömrəsindən göndəriləcək.
SMS Notifications xidməti üzrə SMS-lər müvəqqəti olaraq "Azəricard"ın adından göndərilməyəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir H.Vəliyev/

SMS Notifications xidməti üzrə qısa SMS-lər müvəqqəti olaraq "Azəricard" prosessinq mərkəzinin adından deyil, (077) 271-11-11 nömrəsindən göndəriləcək. Trend-in məlumatına görə, bu barədə Azəricard-ın məlumatında deyilir.

Xidmətdəki problem müvəqqəti xarakter daşıyır və o, prosessinq mərkəzindən asılı olmayan texniki problemlər aradan qaldırıldıqdan sonra bərpa ediləcək.

Mobilbank-ın təşkil etdiyi SMS Notifications xidməti bank kartının sahibini kartda aparılan əməliyyatlar haqqında SMS vasitəsilə xəbərdar etməkdən ibarətdir.

Xidmətə qoşulmaq bankomat şəbəkəsi vasitəsilə həyata keçirilir. SMS Notifications xidməti mobil telefon nömrəsinə bir neçə bank kartına (kredit, debet və sosial) qoşulmağa imkan verir. Bank kartının sahibi vaxtından və yerindən asılı olmayaraq, kartla aparılan əməliyyatlar barədə SMS xəbərdarlıq alır.

Azərbaycanın bütün üç GSM operatorunun şəbəkələrindən SMS Notifications xidmətinə çıxış mümkündür.

Xəbər lenti

Xəbər lenti