...

"Apple" Azərbaycanda "Face Time" funksiyasını sadələşdirib

Telekommunikasiya Materials 1 Avqust 2011 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir H.Vəliyev/

"Apple" şirkəti Azərbaycanda iPhone 4 sahibləri üçün "FaceTime" funksiyasını sadələşdirib. Bu barədə bazar ertəsi Trend-ə şirkətin baş icraçı direktoru Ramin Musayev deyib.

Musayevin sözlərinə görə, "Apple" texnologiyası üzrə ikitərəfli "FaceTime" videoçağırış funksiyası iPod touch və iPad qurğularında mümkündür. Onlarda qeydiyyat elektron ünvan üzrə aparılır.

"iPhone 4-də "FaceTime"ın iş qabiliyyəti üçün telefon nömrəsi lazımdır. Bu funksiyadan Azərbaycan istifadəçilərinin istifadəsi mümkündür. Onun aktivləşdirilməsi üçün Azərbaycanın istənilən mobil rabitə operatorlarının abonent nömrələrindən istifadə oluna bilər. İstisna yalnız ondan ibarətdir ki, onun funksiyasında üçüncü nəsil şəbəkəsindən (3G) və EDGE-dən istifadə olunmur. İkitərəfli videoçağırış üçün Wi-Fi protokolundan istifadə olunur. Bu, mobil şəbəkə istifadəçilərinə balansın vəziyyəti barədə narahat olmamağa imkan verir", - Musayev bildirib.

"FaceTime"da simsiz şəbəkə ilk zəng üçün ona görə lazımdır ki, "Apple"in serverinə bildiriş göndərilsin. O, istifadəçinin telefon nömrəsini qeydə alır. "FaceTime" funksiyası elə qurulub ki, istifadəçinin əlavə qoşmaları instalyasiya etməsinə ehtiyac yoxdur. Qeyd kitabçasında adamı seçmək və bu adi zəng kimi zəng etmək kifayət edir. İkinci abonentdə "FaceTime"ı dəstəkləyən və Wi-Fi şəbəkəsindən istifadə imkanı olan qurğu olduğu halda birləşmə baş tutacaq. "Face Time"la zənglər pulsuzdur.

Xəbər lenti

Xəbər lenti