...

İndi Klass abunəçiləri bütün Bakcell abunəçiləri ilə "Sevimli nömrələr"i kimi danışa biləcəklər

Telekommunikasiya Materials 1 Sentyabr 2011 16:11 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru Bakcell şirkəti Klass abunəçiləri üçün daha bir möhtəşəm kampaniya təqdim edir.
İndi Klass abunəçiləri bütün Bakcell abunəçiləri ilə "Sevimli nömrələr"i kimi danışa biləcəklər

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycanın mobil rabitə operatoru Bakcell şirkəti Klass abunəçiləri üçün daha bir möhtəşəm kampaniya təqdim edir. "Klass - Öz Aramızda" adlanan yeni kampaniya çərçivəsində sentyabırın 1-dən 30-dək bütün Bakcell nömrələri Klass abunəçiləri üçün "Sevimli nömrələr" olacaq. Bir ay ərzində Klass abunəçiləri sadəcə beş nömrəyə deyil, bütün Bakcell abunəçilərinə öz "Sevimli nömrələr"i kimi həm zəng edə, həm də SMS göndərə bilərlər.

Kampaniyaya bütün Klass abunəçiləri qoşula və bir ay ərzində istənilən Bakcell nömrəsinə dəqiqəsi 2 qəpik tarifi ilə zəng edə və cəmi 1 qəpiyə SMS göndərə bilərlər. Kampaniyada iştirak etmək üçün abunəçi öz mobil telefonundan *115#1#YES nömrəsini pulsuz yığmalıdır. Xidmətə gündəlik abunə haqqı 20 qəpik təşkil edir.

Bakcell-in Klass abunəçiləri kampaniyada iştirak edərkən aylıq bonusları almaqda davam edəcəklər. Klass abunəçiləri üçün mövcud olan sərfəli SMS və İnternet bonus paketləri ilə yanaşı, təqdim olunmuş bu yeni kampaniya bir daha sübut edir ki, Klass-ı seçmək düzgün qərardır. Klass daha çox ünsiyyətdə olan və xərclərini daim nəzarətdə saxlamaq istəyən abunəçilər üçün ən yaxşı təklifdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti