...

Azərbaycanın internetə qoşulma tariflərinin növbəti azalması müşahidə olunur

Telekommunikasiya Materials 12 Sentyabr 2011 18:39 (UTC +04:00)
AzStarNet və SmartSystems şirkətləri ADSL texnologiyası üzrə internet şəbəkəsinə qoşulma tariflərini endiriblər.
Azərbaycanın internetə qoşulma tariflərinin növbəti azalması müşahidə olunur

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir H.Vəliyev/

AzStarNet və SmartSystems şirkətləri ADSL texnologiyası üzrə internet şəbəkəsinə qoşulma tariflərini endiriblər.

Trend-in məlumatına görə, bu gün AzStarNet-in yeni tarifləri üzrə limitsiz ADSL-çıxışın aylıq abunə haqqı buraxılma qabiliyyətindən asılı olaraq (2-dən 16 Mbit/saniyəyədək) 20-dən 150 manata qədər civarındadır.

AzStarNet şirkəti ofisə gəlmədən internet-xidmətlər onlayn qoşulma imkanı da təqdim edir.

SmartSystems şirkəti də qüvvədə olan tarif planlarının sürətinin artırılması barədə elan edib. Provayderin tarif şəbəkəsində buraxılış qabiliyyəti təxminən iki dəfə artırılıb və sürətindən asılı olaraq (2,5 Mbit/s-dən 8 Mbit/s-dək) müvafiq olaraq 20 manatdan 100 manatadək qiymətə başa gəlir.

İnternet xidmətləri üzrə tariflərin azalması, ilk növbədə, bu yaxınlarda ilkin provayder DeltaTelecom-un provayderlərə beynəlxalq rabitə kanallarının icarəsinə görə 60 faizlik endirim təqdim etməsi qərarı ilə bağlıdır. Bu da öz növbəsində provayderlərə ADSL xidmətləri üzrə qiymətləri xeyli azaltmağa, istifadəçilərə daha sərfəli tariflfər təqdim etməyə imkan verir.

Sentyabrın əvvəlindən genişzolaqlı çıxış üzrə tariflər "Ultel" şirkəti tərəfindən də azaldılıb.

Xəbər lenti

Xəbər lenti