Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC Xocalı rayonu Xankəndi poçt şöbəsinin açılışına hazırlaşır. Bu barədə Trend-ə çərşənbə günü MMC baş direktorunun müavini Sübhan Kazımov deyib.
Kazımovun sözlərinə görə, gələn həftə şöbənin Bakının Nəsimi rayonu ərazisində rəsmi açılışı gözlənilir.
"Poçt şöbəsinə AZ2600 indeksi verilib", - o deyib.
Poçt operatorunun yeni şöbəsində ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətləri də göstəriləcək.
Bu gün "Azərpoçt"un filial və poçt şöbələrinin ümumi sayı 1600-dən çoxdur.