...

Pensiyaların elektron əlavəsi DSMF ştatının azaldılmasını labüd edir

Telekommunikasiya Materials 30 Sentyabr 2011 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir H.Vəliyev/

Hesabatlılığın tamamilə elektron sistemə keçirilməsi Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçilərinin sayının 40 faiz azaldılmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Fondun rəhbəri Səlim Müslümov deyib.

"2012-ci ildə həyata keçiriləcək elektron qarşılıqlı əlaqəyə tamamilə keçidin tamamlanması üzrə işlər işçilərin sayının təxminən 40 faizinin ixtisara salınması məsələsini aktual edəcək", - Müslümov bildirib.

Onun sözlərinə görə, pensiyaların elektron sistemlə hesablanmasına keçiddən sonra artıq böyük sayda işçilərə ehtiyac olmayacaq.

Artıq oktyabr ayının 1-dən etibarən Bakı, Abşeron yarımadası və Sumqayıtda hesabatlılıq elektron formada qəbul olunacaq. Buna paralel olaraq, hesabatlılığı kağız daşıyıcılarında da təqdim etmək mümkün olacaq. Regional səviyyədə elektron hesabatlılıq - həm IV rübün nəticələri, həm də illik hesabatlılıq - gələn ildən etibarən qəbul ediləcək.

Elektron hesabatlılığın təqdim olunması üçün sahibkarlar müvafiq şəkildə parol, kod və şifr almalıdırlar.

Xəbər lenti

Xəbər lenti