...

Azərbaycanda daxil olan internet trafikin sürəti 21 Gbit/saniyəyə çatıb

Telekommunikasiya Materials 11 Oktyabr 2011 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilkin provayderi Delta Telecom şəbəkəsində daxil olan internet trafikin sürəti 21 Gbit/saniyəyə çatıb. Bu barədə bazar ertəsi şirkətin statistik hesabatında deyilib.

Son iki ayda daxil olan trafikin həcmi (internet-servis-provayderlər şəbəkəsində istifadə olunan) 4 Gbit/san.-ə qədər artıb.

Şəbəkədə yüklənmə dinamikası günün vaxtlarından asılı olaraq dəyişir, daha çox yüklənmə gündüz vaxtı olur. Gecə vaxtı isə bu göstərici 3 Gbit/san.-ə qədər azalır.

Delta Telecomun statistikasına əsasən, xaric olunan trafikin həcmi isə 6 Gbit/san-dir. Bu göstərici gecə vaxtı 1 Gbit/san.-ə qədər azalır.

Hazırda AzNET seqmentinin ümumi həcmi 45 Gbit/san.-dir.

Delta Telecomun trafiki özlüyündə 24 telekomunikasiya operatoruna bölünür. (Dövlət və özəl internet provayderləri, mobil şəbəkə operatorları və s.)

Oktyabrın 10-na olan göstəricilərə görə, son istifadəçiyə çatdırılan daha çox trafik həcmi dövlət internet provayderi - BakinterNet-də (25,38 faiz) məxsusdur. İkinci yerdə 11,82 faiz payla Uninet (Stream ticarət markası), üçüncü yerdə isə Azeronline şirkəti - 10,68 faiz payla, tutur.

Geridə qalan 52,12 faizi isə Stellford (Connect ticarət markalı), DATAPlus, Superonline, Ultel, Aztelekom, ADaNet, AzEuroTel, SMART, Avirtel, TransEuroCom, Nakhchivan, AzNET, Rabitə və İnformasiya texnologiyaları nazirliyinin Məlumat Hesablama Mərkəzi, Caspel, Bakcell, Castel, Azİntex, İntraNS, Azerin və QlobalNet şirkətləri arasında paylanıb.

Xəbər lenti

Xəbər lenti