...

Kris Fayfer ilk dəfə Azərbaycanda!

Telekommunikasiya Materials 18 Oktyabr 2011 10:23 (UTC +04:00)
Heç bir motosiklet həvəskarı bu xəbərə biganə qala bilməyəcək! Bəzən nə etmək lazım olduğunu motosiklet özü sizə diqtə edir. Arxa və ön təkər üzərində fırlanma, hündürlüyə sıçrayış, yerində dayanaraq mürəkkəb tryukların yerinə yetirilməsi!
Kris Fayfer ilk dəfə Azərbaycanda!

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Heç bir motosiklet həvəskarı bu xəbərə biganə qala bilməyəcək! Bəzən nə etmək lazım olduğunu motosiklet özü sizə diqtə edir. Arxa və ön təkər üzərində fırlanma, hündürlüyə sıçrayış, yerində dayanaraq mürəkkəb tryukların yerinə yetirilməsi! Bütün bunlar Red Bull şirkətinin təşkilatçılığı ilə ilk dəfə Bakıya gələn Stunt Riding üzrə dördqat dünya çempionu Kris Fayferin (Chiris Pfeiffer) iştirakı ilə baş tutacaq!

Oktyabrın 18-də Red Bull şirkətinin təşkil edəcəyi möhtəşəm şouda Kris Fayfer motosikletin yalnız bir nəqliyyat vasitəsi olmadığını nümayiş etdirəcək! O, Azərbaycanda ilk dəfə canlı olaraq göstərəcək ki, gənclərin böyük həvəs göstərdiyi motosikletlə inanılmaz manevrlər etmək mümkündür. Fayferin arsenalında 33 nəfər üzərindən rampasız sıçrayış, 30 saniyə ərzində arxa təkərdə 15 dəfə fırlanma və daha nələr var. Üç övlad atası risk etməkdən qorxmur və hər il ürəkləri dayandıran yeni rekordlar vurmağa hazırdır.

Bakcell-in sponsorluğu ilə Kris Fayferin möhtəşəm şousu oktyabrın 18-i, saat 19:00-da Səməd Vurğun adına parkda baş tutacaq. Əgər siz də bu şounu canlı izləmək və bu həyəcanı yüzlərlə tamaşaçı ilə bərabər yaşamaq istəyirsinizsə, bizə qoşulun!

Kris Fayfer nə ilə məşhurdur?

Stunt Riding üzrə dördqat dünya çempionu - 2003, 2007, 2008, 2009

Stunt Riding üzrə dördqat Avropa çempionu - 2004, 2006, 2007, 2008

Erzberg Red Bull Harescramble, Extreme Enduro Race üzrə dördqat çempion - 1996, 1997, 2000, 2004

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti