...

Bütün rabitə operatorlarına 3G üzrə lisenziyalar bu həftə veriləcək - nazir müavini (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 1 Noyabr 2011 11:10 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu həftənin sonunadək Azercell və Bakcell mobil rabitə operatorlarına 3G xidmətlərinin həyata keçirilməsi üzrə lisenziyalar təqdim edəcək.
Bütün rabitə operatorlarına 3G üzrə lisenziyalar bu həftə veriləcək - nazir müavini (ƏLAVƏ OLUNUB)

Nazir müavininin sözləri əlavə olunub (ilk xəbər saat 10:41-də yayılıb)

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu həftənin sonunadək Azercell və Bakcell mobil rabitə operatorlarına 3G xidmətlərinin həyata keçirilməsi üzrə lisenziyalar təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, məsələ nazirliyin bu həftənin sonunda keçirilməsi gözlənilən doqquz ayın yekunlarına həsr olunmuş kollegiya iclasının gündəliyinə daxil edilib.

"Bu məsələ ilə bağlı ümumi qərar həmin kollegiya iclası çərçivəsində qəbul ediləcək. Tezliklər məsələsinə gəldikdə, bu barədə artıq Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı var. Məsələ habelə operatorların özləri arasında da müzakirə olunur", - Məmmədov deyib.

Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir. İki digər operator dəfələrlə bu standartda xidmətlər göstərməyə hazır olduğunu və bunun üçün bütün lazımi infrastruktura malik olduqlarını bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti