...

Azərbaycanda mobil rabitəyə çıxışın səviyyəsi 110 faizə çatıb

Telekommunikasiya Materials 22 Noyabr 2011 20:18 (UTC +04:00)
Azərbaycanda 100 nəfərə 110 mobil rabitə istifadəçisi düşür.
Azərbaycanda mobil rabitəyə çıxışın səviyyəsi 110 faizə çatıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir H.Vəliyev/

Azərbaycanda 100 nəfərə 110 mobil rabitə istifadəçisi düşür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabrın 23-26-da Bakıda keçiriləcək "Bakutel-2012" beynəlxalq telekommunikasiya sərgisinin iştirakçılarına ünvanladığı və nazirliyin saytında yerləşdirilən məktubunda deyilir.

Azərbaycanda İKT sektoru üzrə gəlirlərin orta illik həcmi 25-30 faiz təşkil edir.

Məlumata əsasən, Azərbaycan internetə çıxış göstəricisinə görə, orta dünya göstəricilərini 1,5 dəfə qabaqlayır. Respublikada internetə çıxışın səviyyəsi 60 faizə çatıb. Beynəlxalq internet kanallarının ümumi tutumunun xeyli artırılması və transmilli internet portlarının qurulması nəticəsində Azərbaycan regionda internet xidmətlərinin fəal ixracatçısına çevrilib.

Azərbaycanda rəqəmsal televiziya standartına tam keçid 2012-ci ilin sonunda gözlənilir.

Ölkədə "Elektron hökumət", "Elektron təhsil", "Elektron səhiyyə" və bu kimi layihələrin həyata keçirilməsi ölkədə informasiya cəmiyyətinin formalaşmasına əlverişli şərait yaradır.

Xəbər lenti

Xəbər lenti