Azərbaycan, Bakı, 24 noyabr / Trend, müxbir H.Vəliyev /
Azərbaycanın mobil rabitə operatoru Azerfon "Azərbaycan Hava Yolları" QSC və İsveçrənin OnAir şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq, ASC-nin hava gəmilərinin göyərtələrində mobil rabitə xidmətlərinin göstərilməsinə başlayacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda Azerfon-un baş icraçı direktoru Yurgen Pitz "Bakutel-2011" beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, xidmətlər 11 Airbus təyyarəsinin və Boeing şirkətinin istehsalı olan 4 təyyarənin bortunda göstəriləcək.
Hava gəmilərinin göyərtələrində səs rabitəsi, sms və məlumatların ötürülməsinin internet xidmətindən istifadə etmək mümkün olacaq.
"Nar Mobile" və "Azerfon-Vodafone" ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir.
"Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% ərazisini əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.