...

Catel şirkəti operatorlardan birinin tərkibində işini bərpa edəcək - nazir

Telekommunikasiya Materials 25 Noyabr 2011 11:29 (UTC +04:00)
Azərbaycanın rabitə operatoru Catel şirkəti yaxın vaxtlarda operatorlardan birinin tərkibində işini bərpa edəcək.
Catel şirkəti operatorlardan birinin tərkibində işini bərpa edəcək - nazir

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə operatoru Catel şirkəti yaxın vaxtlarda operatorlardan birinin tərkibində işini bərpa edəcək. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Ababsov bildirib.

Onun sözlərinə görə, Catel şirkəti artıq bir neçə aydır ki, işini dayandırıb və onun rəhbərliyi Azerfon mobil rabitə operatoru və dövlət operatorları olan "Aztelekom" və "Baktelekom" ilə danışıqlar aparır.

"Güman edirəm ki, şirkət yaxın vaxtlarda adları çəkilən şirkətlərdən birinin tərkibində öz fəaliyyətini bərpa edəcək", - Abbasov deyib.

CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan Fonex mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazlardakı nasazlıqlarla izah edib.

Bu gün CATEL operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.

Xəbər lenti

Xəbər lenti