...

Azərbaycanda "e-hökumət" portalı yaxın iki ayda işə salınacaq

Telekommunikasiya Materials 1 Dekabr 2011 11:22 (UTC +04:00)
"Elektron hökumət" portalı yaxın iki ayda işə salınacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Azərbaycanda "e-hökumət" portalı yaxın iki ayda işə salınacaq

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir H.Vəliyev/

"Elektron hökumət" portalı yaxın iki ayda işə salınacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, hazırda portalda artıq on dövlət strukturunun elektron xidmətləri yerləşdirilib. Xidmətlərin ümumi sayı 49 ədəd təşkil edir.

Vəlizadənin sözlərinə görə, habelə Azərbaycanda 2011-2012-ci illərdə genişzolaqlı internetin inkişafı üzrə Fəaliyyət Planının reallaşdırılmasına başlanılıb.

Nazir müavininin məlumatına görə, nazirliyin strukturlarına müvafiq tapşırıqlar verilib və artıq bu istiqamətdə işlər gedir.

"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.

"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq. X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti