Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir H.Vəliyev/
Kabel televiziyası operatoru KATV1 kabel interneti xidmətlərinə qoşulmaq üçün öz abunəçilərinin sifarişlərinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü şirkətin məlumatında deyilir.
Sifarişlər 127 telefon nömrəsi ilə qəbul edilir.
Hazırda xidmətlərdən 1-ci və 9-cu mikrorayonlarda, habelə Nərimanov rayonunda yaşayan abunəçilərin əksəriyyəti istifadə edə bilər.
Kabel genişzolaqlı internet xidmətləri DOCSIS texnologiyası üzrə göstərilir.
Xidmətə qoşulmaq üçün abunəçiyə pulsuz modem təqdim ediləcək. Abunəçi xidmətlərdən istifadəni başa çatdırdıqdan sonra modemi qaytarmağı öhdəsinə götürür. Kompleks dəstinə kabel modemi, qidalanma bloku, LAN-kabel daxildir. Mənzildə istifadə ediləcək kabel pulsuz təqdim edilir.
Şirkət internet xidmətləri üzrə aşağıdakı tarifləri təklif edir:
Sürət |
İnternet qiyməti |
Kabel televiziyasının baza paketi |
İnternet + TV |
2 Мbit/saniyə |
12 manat |
9 manat |
16 manat |
4 Мbit/s |
18 manat |
9 manat |
22 manat |
6 Мbit/s |
28 manat |
9 manat |
33 manat |
8 Мbit/s |
40 manat |
9 manat |
44 manat |
10 Мbit/s |
60 manat |
9 manat |
62 manat |
12 Мbit/s |
80 manat |
9 manat |
80 manat |
20 Мbit/s |
100 manat |
9 manat |
98 manat |
30 Мbit/s |
120 manat |
9 manat |
116 manat |
40 Мbit/s |
200 manat |
9 manat |
188 manat |
50 Мbit/s |
300 manat |
9 manat |
278 manat |
100 Мbit/s |
350 manat |
9 manat |
323 manat |
Klassik kabel televiziyasının ilk və ən iri operatoru olan KATV1 hər gün xidmətlərin əhatə dairəsini genişləndirir. Hazırda şirkət Bakının 11 rayonundan 9-da, eləcə də Xırdalan və Mingəçevir şəhərlərində xidmətlər göstərir. Həmçinin, "AG Telekom" (KATV1 brendinin sahibi) ilə əməkdaşlıq çərçivəsində Sumqayıt şəhərində SNTV şirkətinin kabel televiziyası xidmətləri göstərilir. Yaxın gələcəkdə KATV1-in xidmətlərindən Gəncə şəhərinin sakinləri də istifadə edə biləcəklər.