...

İraq Azərbaycanın İKT sektoruna yatırımlara hazırdır

Telekommunikasiya Materials 24 Dekabr 2011 13:47 (UTC +04:00)
İraq Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna yatırımlara hazırdır.
İraq Azərbaycanın İKT sektoruna yatırımlara hazırdır

Azərbaycan, Bakı, 24 dekabr / Trend müxbir H.Vəliyev /

İraq Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna yatırımlara hazırdır. Bunu İraqın xarici işlər naziri Huşyar Zibari Bakıda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Rabitə Nazirliyinin məlumatında deyilir.

Zibarinin sözlərinə görə, İraq tərəfi Azərbaycanla bütün sahələrdə, o cümlədən İKT sahəsində əməkdaşlıqda maraqlıdır.
Hazırda ölkələr arasında ticarət, elm və texnika, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq mövcuddur.

Öz növbəsində, Azərbaycanın rabitə naziri Abbasov Zibariyə ölkədəki İKT sahəsində reallaşdırılan layihələr haqqında məlumat verib, onunla eləcə də təcrübə mübadiləsi üzrə əməkdaşlığın perspektivlərini və ölkələr arasında qurulan diplomatik münasibətlərin köməyi ilə bu sektora investisiyaların cəlb edilməsini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti