...

"Bakcell" və RIM yeni BlackBerry məhsulları təqdim edib

Telekommunikasiya Materials 26 Dekabr 2011 16:38 (UTC +04:00)
Azərbaycanın mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Research in Motion" (RIM) şirkəti ilə birgə yeni BlackBerry məhsullarını təqdim edib.
"Bakcell" və RIM yeni BlackBerry məhsulları təqdim edib

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycanın mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Research in Motion" (RIM) şirkəti ilə birgə yeni BlackBerry məhsullarını təqdim edib. Trend-in məlumatına görə, bu məhsullar BlackBerry cihazlarından istifadə edən bütün "Bakcell" abunəçiləri (CİN, Klass və Gold) üçün nəzərdə tutulub. Yeni təklif Azərbaycanın mobil telekommunikasiya bazarında ilk dəfə olaraq, abunəçilərə BlackBerry xidmətlərinin geniş çeşidindən çox sərfəli qiymətə yararlanmaq imkanını verir.

"Hazırda minlərlə Bakcell abunəçisi BlackBerry xidmətlərindən istifadə edir və bu rəqəm gündən-günə artmaqdadır. Bakcell abunəçiləri arasında BlackBerry smartfonlarına artan tələbi nəzərə alaraq, biz böyük məmnuniyyətlə Azərbaycanda ilk dəfə olaraq cəlbedici qiymətlərlə BlackBerry Social və Blackberry Complete xidmətlərini təqdim edirik", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Social 7 və Social 30 paketləri üçün Bakcell abunəçiləri muvafiq olaraq 7 gün üçün yalnız 3.33 AZN və 30 gün üçün yalnız 9.99 AZN ödəməklə limitsiz internet trafikindən yararlana biləcəklər. BlackBerry Complete pakentindən istifadə etmək istəyən abunəçilərə isə Bakcell sadəcə 13.99 AZN qiymətinə 30 günlük paket təklif edir.

İnternetin keyfiyyətli istifadəsini təmin etmək məqsədilə ədalətli istifadə siyasəti tətbiq edilir. Trafik həcmi müəyyən həddə çatdıqda hər əlavə meqabaytın qiyməti 0.1 AZN təşkil edəcəkdir:

  • Social 7 Paketi - 50 MB
  • Social 30 Paketi - 300 MB
  • Complete Paketi - 400 MB

Yeni BlackBerry xidmətlərinin əsas xüsusiyyətləri aşağıdakı cədvəldə göstərilib:

Xüsusiyyətlər

BB Social

BB Complete

BBM

BBMail

BB-Built Social Networking Apps

Internet Browsing

App World

BB-Built IM Apps

x

Option for Integrating Email Addresses (elektron poçt ünvanlarının inteqrasiyası imkanı)

x

1

BlackBerry Protect

x

x

BES Express

x

x

Yeni paketləri aktivləşdirmək üçün sadəcə olaraq 7887 nömrəsinə SMS göndərin.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti