...

Azərbaycanın poçt operatoru beynəlxalq kartların emissiyasına başlayır

Telekommunikasiya Materials 7 Yanvar 2012 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin MasterCard ödəniş kartlarının ilk partıyası yanvarın sonuna qədər çatacaq. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.

"İlkin mərhələdə 5 min kartın buraxılması gözlənilir və onların sayı artırılacaq", - Məmmədov qeyd edib.

"Azərpoçt" MasterCard-ın prinsipial üzvüdür.

Hazırda poçt operatorunun buraxdığı lokal plastik kartların (poçt rabitəsi işçilərinin əməkhaqlarının ödənilməsi) ümumi sayı isə iki minə çatır. "Azərpoçt"un ödəniş kartları ilə "MilliKart" prossesinq mərkəzi tərəfindən xidmət göstərilir.

Beynəlxalq ödəniş kartlarının emissiyası operatora perspektivdə pensiyaları ödəməyə imkan verəcək. Çünki poçt operatoru istifadəçilərin məhz bu kateqoriyasına potensial müştərilər kimi baxır. Bu məqsədlə "Azərpoçt" öz bankomatlar şəbəkəsinin genişləndirilməsi üzrə işlər aparır. Hazırda onların sayı cəmi 7 ədəddir.

Xəbər lenti

Xəbər lenti