...

Dilmanc onlayn lüğəti istifadəyə verildi

Telekommunikasiya Materials 2 Fevral 2012 15:47 (UTC +04:00)
Dilmanc layihəsinin saytında yeni onlayn lüğətin ilk versiyası yerləşdirilib.
Dilmanc onlayn lüğəti istifadəyə verildi

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir H.Vəliyev/

Dilmanc layihəsinin saytında yeni onlayn lüğətin ilk versiyası yerləşdirilib. Bu lüğətin hələlik yalnız rus-Azərbaycan istiqaməti istifadəyə verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dilmanc-ın yaydığı məlumatda deyilir.

Dilmanc elektron lüğətinin digər elektron lüğətlərdən fərqi onun təkcə söz köklərini deyil, həmçinin, istənilən söz-formanı da tərcümə etməsindədir. Bundan əlavə, lüğətdə istənilən sözün müxtəlif tərcümə variantlarına uyğun nümunə cümlələrə baxmaq imkanı da var.

Sayta daxil olaraq (http://dilmanc.az/az/project/dict) lüğətdən istifadə etmək mümkündür.

Yaxın günlərdə ingiliscə-azərbaycanca onlayn lüğət də istifadəyə veriləcək.

Layihə çərçivəsində onlayn lüğətin yeni versiyaları və yeni dil istiqamətləri üzərində işlər davam etdirilir.

Bu lüğət Dilmanc layihəsi çərçivəsində 2012-ci ilin əvvəlindən istifadəyə verilmiş ikinci linqvistik proqram məhsuludur.

Xəbər lenti

Xəbər lenti