...

"Nar Mobile" ən sərfəli mobil internet paketlərini təqdim etdi

Telekommunikasiya Materials 6 Fevral 2012 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Fevralın 1-dən etibarən "Nar Mobile" Azərbaycanın mobil internet bazarında yeni ilin ilk və ən sərfəli internet paketlərini təqdim edir.

Mobil operatordan bazar ertəsi Trend-ə verilən məlumata görə, artıq "Nar Mobile" abunəçiləri mobil internetdən ən sərfəli qiymətlərlə istifadə edə biləcəklər. Yeni təklifə 1 günlük, 1 həftəlik və 1 aylıq limitsiz internet paketləri daxil edilir. Nar Mobile abunəçiləri qeyd edilən mobil internet paketlərindən istifadə etmək üçün (Limitsiz1, Limitsiz7 və ya Limitsiz30) 777-yə SMS göndərməklə aktiv edə bilərlər.

1 gün

1 həftə

1 ay

Paketin qiyməti

2 AZN

10 AZN

20 AZN

İstifadə müddəti

24 saat

7 gün

30 gün

Abunəçilər təqdim edilən limitsiz internet paketlərini istifadə edərkən 500MB/3GB/15GB internet trafikini keçdikdən sonra sürət həddi 128 Kbps qədər düşə bilər.

Bundan əlavə, "Nar Mobile"ın təqdim etdiyi "Turbo" paketlərə də dəyişikliklər edilib. Əvvəlki Turbo 9 və Turbo 19 paketləri Turbo 6 paketi ilə əvəz edilib. Belə ki, abunəçi Turbo 9 və 19 paketlərinə qoşulmaq istədiyi zaman avtomatik Turbo 6 paketinə qoşulacaq. Bu isə abunəçilərə daha az ödəməklə daha çox internetdən istifadə etmək imkanı yaradır.

Turbo 1

Turbo 2

Turbo 3

Turbo 6

Paketin qiyməti

1 AZN

2 AZN

3 AZN

6 AZN

İnternet trafik

50 MB

150 MB

400 MB

1000 MB

İstifadə müddəti

30 gün

30 gün

30 gün

30 gün

Qeyd edilən "Turbo" paketlərindən istifadə etmək üçün (1TURBO, 2TURBO, 3TURBO və ya 6TURBO) 777-yə SMS göndərməklə aktiv edə bilərsiniz.

Daha ətraflı məlumatı www.narmobile.az veb səhifəsinə daxil olmaqla və ya müstəri xidmətlərinə zəng etməklə əldə etmək olar.

"Nar Mobile" ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir. "Nar Mobile" şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə 3G texnologiyasına əsaslanan xidmətlər tətbiq edir.

Xəbər lenti

Xəbər lenti