...

Azərbaycan "GSMA Mobile World Congress-2012" sərgi-konfransında təmsil olunacaq

Telekommunikasiya Materials 10 Fevral 2012 17:14 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi fevralın 27-dən martın 1-dək Barselonada keçiriləcək "GSMA Mobile World Congress-2012" mobil texnologiyalar sərgi-konfransının işində iştirak edəcək.
Azərbaycan "GSMA Mobile World Congress-2012" sərgi-konfransında təmsil olunacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi fevralın 27-dən martın 1-dək Barselonada keçiriləcək "GSMA Mobile World Congress-2012" mobil texnologiyalar sərgi-konfransının işində iştirak edəcək. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat veriblər.

Qurumu tədbirdə nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov təmsil edəcək. Azərbaycan tədbirdə iştirak edəcəklərini artıq təsdiqləyən hər üç GSM operatoru (Azercell, Bakcell və Azerfon) və "Huawei Azerbaijan" şirkəti ilə də təmsil olunacaq.

Bir neçə ildir ki, konqres çərçivəsində ümumdünya GSM Assosiasiyası tərəfindən təşkil olunan "GSMA Mobile World Congress" adlı böyük sərgi bu sahənin aparıcı nümayəndələri - rabitə operatorları, mobil qurğu istehsalçıları və multiservis provayderlərinin toplaşdığı mobil rabitə dünyasında ən parlaq və əhəmiyyətli hadisə hesab olunur.

Tədbir keçirilən günlərdə simsiz rabitə bazarında aparıcı mövqe tutan şirkətlərin top-menecment nümayəndələri bir sıra görüş və seminarlar keçirəcəklər və burada mobil rabitə sənayesi üzrə aktual mövzular, həmçinin gələcəkdə bu sahənin inkişaf və texnologiya perspektivləri müzakirə olunacaq.

"Mobile World Congress 2012" sərgisində mobil innovasiyalar, əyləncələr, əlavələr, açıq mobil sistemlər, internet-texnologiyalar və s. təqdim olunacaq.

Ötənilki sərginin işində 69 ölkədən 1400-dən artıq şirkət iştirak edib. Təxminın 60 mindən çox ziyarətçi-mütəxəssis qeydiyyata alınıb, onların yarısından çoxu rəhbərlərdir.

Xəbər lenti

Xəbər lenti