...

"Bakcell"in aktiv abunəçilərinin sayı 2,6 milyonu ötür

Telekommunikasiya Materials 21 Fevral 2012 13:21 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru olan "Bakcell" şirkətinin 2011-ci il üzrə gəlirlərinin artımı 5 faiz təşkil edib.
"Bakcell"in aktiv abunəçilərinin sayı 2,6 milyonu ötür

Azərbaycan, Bakı, 21 fevral/Trend müxbir H. Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru olan "Bakcell" şirkətinin 2011-ci il üzrə gəlirlərinin artımı 5 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Bekcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Onun sözlərinə görə, ötən il şəbəkələrin tikintisinə və şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına həsr edilib.

"Bakcell" şəbəkəsində işə salınan baza stansiyalarının sayı 2060 ədədə çatıb.

Bu gün şirkətin şəbəkəsi əhalinin 99 faizindən çoxunu və respublika ərazisinin 92 faizini əhatə edir.

"Bakcell" şirkətinin Azərbaycanın mobil rabitə bazarındakı payı 35 faiz təşkil edir, şəbəkənin aktiv abunəçilərinin sayı isə 2,6 milyon nəfəri ötür. Abunəçi nömrələri şəbəkəsində qeydiyyata alınanların ümumi sayı isə 3 milyon nəfər təşkil edir.

Şirkət Azərbaycanın 62 şəhərində sürəti 28 Mbit/saniyəyə çatan mobil internet xidmətləri təklif edir.

Xəbər lenti

Xəbər lenti