...

Microsoft-un live@edu layihəsində azərbaycanlı müəllimlərin sayı iki min nəfərə çatıb

Telekommunikasiya Materials 23 Fevral 2012 13:23 (UTC +04:00)
live@edu layihəsində qeydiyyatdan keçmiş azərbaycanlı müəllimlərin sayı iki min nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə Microsoft Azerbaijan şirkətinin cümə axşamı yaydığı məlumatda deyilir.
Microsoft-un live@edu layihəsində azərbaycanlı müəllimlərin sayı iki min nəfərə çatıb

Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir H.Vəliyev /

live@edu layihəsində qeydiyyatdan keçmiş azərbaycanlı müəllimlərin sayı iki min nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə Microsoft Azerbaijan şirkətinin cümə axşamı yaydığı məlumatda deyilir.

live@edu servisi Azərbaycanın orta təhsil müəssisələrinin müəllimləri üçün yanvarın əvvəllərində işə salınıb.

[email protected] elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkətinin və Mədəd Azərbaycan Təşkilatının birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təchiz olunublar.

Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılıb. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyir. @teacher.edu.az aşağıdakı üstünlüklərə malikdir:
- 10 Giqabaytlıq təhlükəsiz poçt qutuları;
- Müəllimlər şəbəkəsində məlumat mübadiləsi;
- Ani yazışma sistemi;
- Çevik axtarış sistemi;
- Fərdi iş planlaşdırılması alətləri;
- Şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun);
- Böyük həcmli faylları internetdə saxlamaq üçün 25 Giqabaytlıq web məkan.

Microsoft Azərbaycan şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, [email protected] elektron poçtu Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb" layihəsinə qoşulmuş pilot məktəblərin müəllimlərinə təqdim edilir.

Axundov qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında internet vasitəsilə münasibətlərin dərinləşməsi və peşəkar informasiya mübadiləsinin yeni mərhələyə çatdırılmasıdır. Bununla bərabər təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir.

Xəbər lenti

Xəbər lenti