...

Azərbaycanın Rabitə Nazirliyi ITU tədbirlərinə hazırlığı müzakirə edir

Telekommunikasiya Materials 22 Mart 2012 13:05 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Regional Rabitə Birliyi (RRB) ölkələri ilə 2012-ci il ITU Elektrorabitə standartlaşdırması üzrə Ümumdünya Assambleyasına və ITU beynəlxalq elektrorabitə üzrə Ümumdünya Konfransına hazırlığın gedişini müzakirə edib.
Azərbaycanın Rabitə Nazirliyi ITU tədbirlərinə hazırlığı müzakirə edir

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Regional Rabitə Birliyi (RRB) ölkələri ilə 2012-ci il ITU Elektrorabitə standartlaşdırması üzrə Ümumdünya Assambleyasına və ITU beynəlxalq elektrorabitə üzrə Ümumdünya Konfransına hazırlığın gedişini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RRB-nin məlumatında deyilir.

ITU-nin (International Telecommunication Union) beynəlxalq tədbiri ərəfəsində RRB ölkələri üçün regional hazırlıq toplantısına hazırlıq məsələləri martın 15-16-da Moskvada keçirilən beynəlxalq əməkdaşlığın koordinasiyası üzrə RRB komissiyası yanında ITU ilə iş üzrə işçi qrupunun yeddinci iclası çərçivəsində baxılıb.

İclas iştirakçıları, Rusiya və Özbəkistanın rabitə administrasiyalarından, eləcə də ITU-Т sektorunun üzvü "MTT" ASC-dən daxil olan ITU reqlamentinə yenidən baxılmasına dair təklifi nəzərdən keçiriblər.

Daxil olan təkliflər, eləcə də iclas iştirakçılarının irad və şərhləri əsasında aprelin 2-6-da Daşkənddə keçiriləcək ITU Elektrorabitə standartlaşdırması üzrə Ümumdünya Assambleyasının regional hazırlıq iclasına təqdim ediləcək İTU reqlamentinə yenidən baxılmasına dair təkliflərin ümumi layihəsi formalaşacaq.

İşçi qrupuna habelə Belarus, Rusiya və Özbəkistanın rabitə administrasiyalarından ITU Elektrorabitə standartlaşdırması üzrə Ümumdünya Assambleyası barədə 13 təklif daxil olub. Dörd təklif bəyənilib və baxılmaq üçün RHİ-yə təqdim edilib. Yerdə qalan sənədlərlə bağlı iradlar bildirilib. Onlar yenidən işlənməyə göndərilib, daha sonra RHİ-yə təqdim ediləcəklər.

İclas iştirakçıları assambleya və konfransın strukturlarını, onlarda rəhbər postlara namizədləri, eləcə də ITU Elektrorabitə standartları sektorunun işçi orqanlarına rəhbər namizədləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti