...

"Nar Mobile" abunəçiləri bütün metrostansiyalarda mobil rabitədən istifadə edəcəklər

Telekommunikasiya Materials 12 Aprel 2012 16:39 (UTC +04:00)
"Nar Mobile" Bakı Metropoliteninin stansiyalarında abunəçilərinə rabitə xidmətlərinin tam çeşidini göstərəcəyini elan edir.
"Nar Mobile" abunəçiləri bütün metrostansiyalarda mobil rabitədən istifadə edəcəklər

Azərbaycan, Bakı, 12 aprel /Trend/

"Nar Mobile" Bakı Metropoliteninin stansiyalarında abunəçilərinə rabitə xidmətlərinin tam çeşidini göstərəcəyini elan edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir.

Bir neçə gün əvvəl "Nar Mobile" "Sahil", "Nəsimi", "28 May", "Memar Əcəmi", "Azadlıq" və "Dərnəgül" metrostansiyalarında mobil rabitə xidmətlərindən istifadənin mümkün olduğunu ictimaiyyətin diqqətinə çatdırmışdı.

"Bu yaxınlarda "Nar Mobile" abunəçiləri rabitə xidmətlərinin tam çeşidindən Bakının bütün metrostansiyalarında yararlana biləcəklər. Artıq bəzi stansiyalarda abunəçilərimiz bu xidmətlərdən istifadə edə bilərlər. "Nar Mobile"ın hazırkı texniki bazası bizə imkan verir ki, yaxın zamanlarda bütün stansiyalarda tam mobil rabitə xidməti göstərək. Bu isə, öz növbəsində, abunəçilərimizin mobil xidmətlərdən istifadə radiusunu genişləndirəcək və rahatlaşdıracaq", - "Azerfon" şirkətinin Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

Onun sözlərinə görə, "Nar Mobile" mobil operatoru bu il də bir çox yeniliklərə imza atmaq niyyətindədir.

"Sonuncu nailiyyətlərimiz bu siyasətin davamıdır", - Nəsrullayeva deyib.

Qeyd edək ki, "Nar Mobile"in təqdim etdiyi mobil xidmətdən yalnız stansiyalarda deyil, həmçinin tunellərdə istifadə etmək mümkün olacaq. Hazırda operator 14,4 Mbit/s sürəti ilə 3G mobil rabitə xidməti göstərir.

Xəbər lenti

Xəbər lenti