...

Nar Mobile və TQDK əməkdaşlığa başlayıb

Telekommunikasiya Materials 19 Aprel 2012 16:14 (UTC +04:00)
Nar Mobile mobil operatoru və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanı ərəfəsində əməkdaşlığa başlayıblar.
Nar Mobile və TQDK əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 19 aprel / Trend /

Nar Mobile mobil operatoru və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanı ərəfəsində əməkdaşlığa başlayıblar. Belə ki, artıq Nar Mobile abunəçiləri SMS vasitəsilə TQDK-nın xidmətlərindən faydalana biləcəklər.

Şirkətdən Trend-ə verilən məlumata görə, xidmətlərə sınaq və qəbul imtahanlarının nəticələrinin, habelə bu imtahanlarında iştirak etmək üçün tələb olunan virtual ödəmə kartlarının SMS vasitəsilə əldə olunması aiddir. Abituriyentlər sınaq və ya qəbul imtahanlarında topladıqları bal barədə məlumatı əldə etmək üçün 6-rəqəmli iş nömrəsini 7727 qısa nömrəsinə göndərməlidirlər. Bundan başqa elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün7725 qısa nömrəsinə boş SMS göndərməli (2 AZN) və sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün 7735 qısa nömrəsinə boş SMS göndərməlidirlər (3 AZN).

"Hər zaman təhsilin inkişafına çalışan, bu yönlü layihələrə dəstək verən Nar Mobile səylərini davam etdirir. Bu gün də, şirkətimiz TQDK ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq ilk növbədə abituriyentlərin qeydiyyat məsələlərində rahatlığını təmin edəcək və hazırda qızıldan dəyərli olan vaxtlarına qənaət edəcəklər. İnanıram, bu xəbər abituriyentlər üçün çox sevindirici olacaq və yeri gəlmişkən hər birinə qarşıdan gələn imtahanlarda uğurlar arzulayıram" - deyə Azerfon şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktoru Leyla Nəsrullayeva bildirmişdir.

Qeyd edək ki, göndərilən SMS-lərin qiymətlərinə əlavə olaraq ƏDV (18%) tətbiq edilir.

Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti