...

"Azercell" Xəzər Universitetinin təşkil etdiyi "Tərəfdaş Günü"ndə iştirak edib

Telekommunikasiya Materials 20 Aprel 2012 16:42 (UTC +04:00)
Xəzər Universitetində "Tərəfdaş Günü" adlı maraqlı tədbir baş tutub.
"Azercell" Xəzər Universitetinin təşkil etdiyi "Tərəfdaş Günü"ndə iştirak edib

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Xəzər Universitetində "Tərəfdaş Günü" adlı maraqlı tədbir baş tutub. Universitet rəhbərliyi görüşə tərəfdaşı qismində "Azercell Telekom" MMC-ni dəvət edib.

Trend-in məlumatına görə, universitetin Neftçilər filialında əvvəlcə Azercell-dən gələn nümayəndə heyəti üçün tur təşkil edilib. Onlar bu nüfuzlu təhsil ocağının rektoru və rəhbər nümayəndələri ilə birlikdə universitet binası, kafedralar və laboratoriyalarla tanış olublar. Daha sonra "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan tələbələr üçün "Liderlik" mövzusunda maraqlı məruzə edib və onları maraqlandıran suallara cavab verib.

Görüş zamanı şirkətin İnsan Qaynaqları departamentinin nümayəndəsi Azercell-də yerli kadrlar üçün inkişaf perspektivləri, xüsusilə də tələbələr üçün karyera imkanlarından ətraflı məlumat təqdim etdi.

Görüşdə, həmçinin, Azercell-in hər il elan etdiyi Tələbə Təqaüd proqramı, təcrübə imkanları, karyera günləri haqqında təqdimat da keçirilib. Tədbirin sonunda Azercell nümayəndələri tələblərlə sual-cavab sessiyasında iştirak ediblər.

Məhz "Azercell" şirkətinin dəstəyi ilə ötən il Xəzər Universitetində tələbələr üçün "E-learning" otağı yaradılıb. 26 kompüterlə təchiz edilən bu otaq müasir proqram təminatı ilə təchiz edilib. Hazırda burada İqtisadiyyat və Menecment fakültəsinin dərsləri keçirilir. Ötən il Azercell-in dəstəyi ilə, həmçinin, Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetində respublikada və bölgədə ilk dəfə olaraq 4G sınaq imkanları yaradılıb. Bundan əlavə, şirkətin Barama layihəsi də bacarıqlı gənclərin öz ideyalarını reallaşdırmasına imkan verən geniş bir məkana çevrilib.

Təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsinə böyük əhəmiyyət verən "Azercell Telekom" MMC qeyri-kommersiya xarakterli, ictimai əhəmiyyətli layihələr həyata keçirməklə Azərbaycanda akademik potensialın inkişafına nail olmağa dəstək olur.

Xəbər lenti

Xəbər lenti